Dünyanın ən böyük ve aparıcı stomatoloji nəşriyyatı olan Quintessenz-in Azərbaycan dili Quintessence Nəşriyyatı 1949-cu ildə Berlində qurulub.
Hal-hazırda dünyada stomatologiya və üz-çənə cərrahiyyəsi sahəsində lider olan bir nəşriyyatdır. Nəşriyyat 22 ölkədə 45 ədəd professional stomatoloji jurnal nəşr edir. Bununla yanaşı 980 ədəd kitab nəşr etmiş və 370 ədəd film hazırlamışdır. Eyni zamanda xəstə tədrisinə yönəlik DVD-lər və CD-ləri də mövcuddur. Quintessence-in azərbaycan bölməsi (Quintessenz-az jurnalı) 2014-cü ildə baş redaktor Dr.
Emil İmanov tərəfindən ən aktual məqalələr seçilərək ildə iki dəfə nəşr etdirilir. Stomatologiyanın sürətlə inkişaf edən bir sahə olduğunu nəzərə alaraq, stomatoloqların işindəki keyfiyyət səviyyəsini artırması, qarşılaşacağı problemlərin sayını minimuma endirməsi üçün bu cür jurnalları izləməsi, mütaliə etməsi çox vacibdir. Quintessenz-də dərc edilən məqalələr xüsusi Quintessenz komissiyasının nəzarətindən keçir ki, bu komissiyanın üzvləri dünya miqyasında böyük elmi nailiyyyətləri olan stomatoloqlardır. Azərbaycanda stomatologiyanın inkişafına dəstək kimi Quintessenz-az olaraq Quintessenz - in dünyada tanınmış 9 jurnalının lisenziyasını əldə etdik. Bu lisenziya bizə bu jurnallardan istədiyimiz məqaləni seçib Azərbaycan dilinə tərcümə etmək hüququ verir. Quintessenz az bu jurnalların ən aktual məqalələrini seçərək ildə iki dəfə nəşr edir . Jurnalın hər buraxılışında stomatologiyanın bütün sahələrini əhatə edən məqalələr dərc edilir. Bu məqalələr gündəlik praktikada tətbiq olunan klinik üsulları təsvir edir. Dünya miqyasında ən çox oxunan və məşhur stomatoloqların seçimi olan bu jurnaldan siz də faydalana bilərsiniz.