Fetal Radiologiya
Ünvan: Fetal Mərkəz NS Genetics Klinika, Bakı. Real Tibb Mərkəzi, Sumqayit.
20/07/2026
Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinə baş vurduq. Tədris, proqram, dərslərin təqdimatı, tələbərərin imtahan vermə qaydaları, yeniliklərlə zəngin və müasir tələblərə uyğun laboratoriyaları, demək olarki hər biri ənənəvi Tibb Universitetindən tam fərqlənir. Bakalavr təhsilindən əlavə gələn ildən rezidentura təhsilidə tərtib ediləcək. Buranın müəllim heyyəti ilə tanış olduq. Demək olarki 100% xaricdə təhsil almış cavan mütəxəssislərdir. Qurur duydum. Belə getdə postsovet məkanında ən güclü tibb təhsili bizdə olacaq. Görülən işlər çoxdur amma irəlidə ediləcək çox şeylər var. Qarabağ Universiteti uğurlar sənə!
16/07/2026
🔴Qadın sağlamlığı cəmiyyəti tərəfindən təşkil olunan “White Party” də fotoqraf kamerasının yaxaladığı yadıgar görüntülər.
17/06/2026
🔴Tibb işçiləri günü münasibətilə keçirilən Qala gecəsi möhtəşəmliyi ilə seçilir hər zaman. Təşkilatçı komandaya təşəkkürlər. Kolleqalarıma ən əsas sağlıqlı uzun ömür və hər bir işdə öndə olmaqlarını arzu edirəm. Dünənki ad günü münasibətilə direktə göndərdiyiniz yüzə yaxın təbrik sözlərinə görə də təşəkkürlər.
07/06/2026
🔴13 həftə 1 günlük hamiləlik. Hər iki şəkil eyni dölə aiddir, aşağıdakı şəkil transabdominal , yuxarıdakı isə transvaginal müayinə zamanı alınan görüntülərdir. Fərqi kifayət qədərdir. Hamilələr çox vaxt transvaginal müayinədən qorxurlar. Amma bu sizin gələcək körpənizin sağlam doğulması üçün çox vacibdir. Beynəlxalq protokollara əsasən 1-ci trimestr müayinə mütləq transvaginal icra olunmalıdır, əsasəndə obez hamilələrdə bu qaçılmazdır.
24/05/2026
🔴Bugün Ellab klinikaslnın dəvətilə təşkil olunan səhər yeməyinə görə həkimlərimiz adından öz təşəkkürümü bildirirəm. Gözəl məkan və dəniz havası isə ayrı məna qatdı istirahət günümüzə. .yaylashahverdiyeva
05/05/2026
🔴Amerikada araşdırmacı kimi çalışan həmyerlimiz İlahə xanım və Drla bərabər corpus callosum mövzusunda hazırladığımız bir abstraktı təqdim etmək istərdim.Burada təqdim edilən bütün MRT vakaları bizim tərəfimizdən çəkilmişdirlər. İnşallah böyük işlərə imza ataraq gələcəkdə bir məqalə də hazırlamağı düşünürük. Davamı gəlsin❗️
24/04/2026
🔴Dəyərli kolleqalar- radioloq və ginekoloqlar. 9-10.05.2026 il tarixində Hilton otelində keçiriləcək konfrans çox maraqlı və mövzu baxımından böyük əhəmiyyət daşıyan bir tədbir olacaq. Mövzuları bu postda sizlərə də təqdim edirəm. Burada ginekoloqlar dünya şöhrətli ekspert Prof. D.Paladininin təqdim edəcəyi 1-ci trimestr USM-i və həmdə kiçik çanaq ultrasəs müayinəsi mövzusunda tanınmış ekspert Prof. Antonia Testanın geniş və anlaşılan təqdimatı olacaq. AFERG-in məqsədi- ginekoloqların da belə tədbirlərə daha çox qatılmasını təmin etməkdir, çünkü biz fetalçılar və ginekokoqların yanaşması və eyni dildə danışması qadın sağlamlığı və dünyaya gələcək körpələrimiz sağlamlığı üçün vacibdir. Onuda qeyd edim ki bu konfransa qatılan həkimlərimizə DDT ilə 19 kredit veriləcək. Məhdud sayda yerlər qalmışdı. Sonra deməyinki demədiz❗️ Konfransda görüşənıdək. Hər kəsə uğurlar.
Dünənki çıxışımın birinci hissəsi.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
Baku